Piylənmə niyə yaranır?
Əsas səbəb enerji tarazlığının pozulmasıdır: qəbul edilən kalori sərf ediləndən çox olduqda artıq kalorilər bədəndə piy şəklində toplanır. Yüksək kalorili qidaların, fast food və qazlı içkilərin tez-tez istehlakı və hərəkətsiz həyat tərzi bu tarazlığı pozur.
Ailəsində piylənmə olanlarda risk daha yüksəkdir. Stres, yuxu çatışmazlığı, hipotireoidizm və Kuşinq sindromu kimi hormonal pozğunluqlar, bəzi dərman preparatları da çəki artımına səbəb ola bilər.

