Xəstəliyin klinik əlamətləri hansılardır?

Yuxarıda saydığımız xəstəlik növlərinə görə xəstələrin şikayətləri də dəyişir:

-Hormonların artıq sekresiya olunduğu toksiki zoblarda : halsızlıq, əllərdə əsmə, tərləmə, ürək döyüntüsü, əsəbilik, aqressivlik, istiyə və soyuğa dözümsüzlük, gözlərin önə qabarması (dombalan gözlük) , ishal, iştahanın artmasına rəğmən çəkinin artmaması, səbəbsiz ağlamalar, aybaşı pozulmaları kimi əlamətlər olur.

-Hormonların az sekresiya olunduğu vəziyyətlərdə : hərəkətlərdə yavaşıma, saçlarda quruma, tökülmə, dəridə soyuqluq və quruma, aybaşı pozulmaları, piylənməyə meyillik, qəbizlik, özünə qapanma, depressiya, ödemlər və s. olur.

-Hormonal tarazlıq pozulmayan tiplərdə : sadəcə olaraq qalxanvari vəzidə böyümə və ya düyün (estetik cəhətdən görünüşdə problem və s.) olur.

Dr. Hidayət Məmmədzadə

Dr. Hidayət Məmmədzadə

Baku Medical Plaza klinikası, Endokrinologiya şöbəsinin müdiri.

Dr. Hidayət Məmmədzadə — Baku Medical Plaza klinikasının Endokrinologiya şöbəsinin müdiri. 1998-ci ildən həkimdir; endokrinologiya, diabetologiya və pediatrik endokrinologiya üzrə ixtisaslaşıb.

Həkim haqqında ətraflı

Oxumağa davam edin

Bu mövzuda başqa yazılar

Piylənmə və metabolik sindrom

Piylənmə xəstəliyi necə diaqnoz edilir?

Piylənmə bədəndə həddən artıq piy yığı ilə xarakterizə olunan ciddi xroniki xəstəlikdir. Bu vəziyyət müxtəlif sağlamlıq problemlərinə yol açaraq, həyat…

Oxu
Piylənmə və metabolik sindrom

Piylənmə xəstəliyi nədir?

Piylənmə orqanizmdə piy toxumasının həddən artıq toplanması nəticəsində yaranan və bədən kütləsinin artması ilə xarakterizə olunan ciddi xroniki xəstəlikdir…

Oxu