Piylənmə müasir günümüzün çox ciddi sağlamlıq problemidir. Tibbi ictimai bir problemdir. Dünya əhalisinin, xüsusən, inkişaf etmiş ölkələrin çox ciddi qlobal təbabətin aktual mövzusu olan piylənmə siqaretdən sonra, qarşısı alınan ölümlərin ikinci səbəbi olaraq bilinməkdədir və çağdaş dünyamızda piylənmə xəstəliyi getdikcə artmaqdadır,şəkərli diabeti başladan bir səbəbdir, iki yüzdən çox xəstəliyin risk faktorudur. Uşaqlar arasında, gənclər arasında piylənmənin artmağı çox ciddi bir narahatçılıq doğurmaqdadır. Piylənmə xəstəliyi hazırda metabolik bir xəstəlik hesab olunmaqdadır. Estetik qüsurdan daha çox kompleks tibbi problemdir, bir çox xəstəliklərin yaranmasında təməl risk faktorudur və qidalanma, fiziki fəallığın aşağı düşməsi, bütün gün mobil radiasiya, piylənmənin yaranmağında baş verən müxtəlif endokrin xəstəliklər, həyat tərzimizlə bağlı olacaq bir problem, eyni zamanda genetik bir xəstəlikdir. İrsiyyətində piylənməyə meyilli olan insanlar da, gələcəkdə onların övladların nəslində də bu xəstəlik getdikcə artmaqdadır. Amma, piylənmə müalicə oluna bilən xəstəlikdir. Bunun həm dərman müalicəsi, həm qeyri-medikamentoz, yəni pəhriz müalicəsi, fiziki fəallığın artırılması, eyni zamanda cərrahi müalicəsini də qeyd edə bilərik.