Piylənmə xəstəliyinin endokrinoloji səbəbləri nələrdir?

Piylənmə xəstəliyi hal hazırda əsrimizin epidemiyası halına gəlmiş çox ciddi, tibbi, sosial, ictimai bir xəstəlikdir. Piylənmənin əsas səbəbi alimentar (qidalanma faktoruna bağlı) və az hərəkətlilikdir. Amma bundan başqa təxminən 20%-ə yaxın hallarda piylənmənin səbəbi endokrinoloji xəstəliklərdən qaynaqlanır. Xüsusən, gənc qadınlarda piylənmənin ən vacib səbəbi Kuşinq sindromudur. Kuşinq xəstəliyi ilə bağlı piylənmə xəstənin həkimə müraciət etdiyi ən vacib səbəblərdən biri ola bilər. Bundan başqa akromeqaliya xəstəliyi və müxtəlif endokrinoloji xəstəliklər piylənmə xəstəliyinə səbəb ola bilər. Bunun araşdırılması lazımdır. Hipotireoidizmi misal göstərə bilərik. Qalxanvari vəzin hormon yetərsizliyi xəstənin həkimə müraciətinə səbəb ola bilər. Piylənmə çox çeşidli, çoxsəbəbli, multfaktorial bir xəstəlikdir. Endokrin xəstəliklər endokrin səbəblərin mütləq şəkildə araşdırılmasını tələb edir. Piylənmə xəstəliyinin endokrin səbəbi tapılıb araşdırılarsa, bu xəstələr ciddi şəkildə kilo verib sağlam həyat dönəminə qayıda bilərlər.

Digər məqalələr

© 2024 · Piylenme.az · Layihə Dr.Hidayət Məmmədzadə üçün BERC Creative komandası tərəfindən yaradılıb.